Bakıda evakuator qaydanı pozaraq qəza törətdi - VIDEO
Bütün Xəbərlər
12:16 29.11.2013
1425
Adətən yol qəzasına düşən maşınları daşıyan evakuator Bakıda özü yol hərəkəti qaydalarını pozaraq qəza törədib.Günorta saatlarında işıqforun qırmızı işığında hərəkət edən evakuasiya xidməti göstərən yük avtomobili yolayrıcında hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobili ilə toqquşub. "VAZ 2107" zərbənin təsirindən yolun ortasında 90 dərəcə fırlanaraq hərəkətdə olan furqon tipli minik avtomobilinə çırpılıb. Qəza zamanı hər iki minik avtomobilinə maddi ziyan dəyib.(Trend)