Bakıda evdən 12 min manat oğurlayan şəxs tutuldu

KRİMİNAL
21:47 20.06.2019
6897
Bakıda evdən 12 min manat oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AZXEBER.COM-a verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 18-də Bakıxanov qəsəbəsindəki evlərin birindən 12 min manat oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini N.Cəfərli saxlanılıb.

OXŞAR XƏBƏRLƏR