Bakıda evdən 20 min manatlıq oğurluq edən ələ keçdi

KRİMİNAL
12:25 09.02.2021
540
Bakıda evdən 20 min manatlıq oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 26-da rayon ərazisindəki evlərin birindən 20 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Allahverdiyev saxlanılıb.

OXŞAR XƏBƏRLƏR