Xətaidə evdən oğurluq edən şəxs saxlanıldı

Xətaidə evdən oğurluq edən şəxs saxlanıldı
KRİMİNAL
17:24 11.06.2026
112
Xətai rayonunda evlərin birindən ümumi dəyəri 1700 manat olan pul və gümüş əşyalar oğurlanıb.
 
AZXEBER.COM xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər də oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 32 yaşlı O.Həmzəyev müəyyən edilərək saxlanılıb.
 
Araşdırmalarla məlum olub ki, o, evin pəncərəsinin açıq olmasından istifadə edərək əməli törədib.
 
Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR