Bakıda evə girən oğrular kameraya belə düşdülər – GİZLİ ÇƏKİLƏN FOTOLAR

KRİMİNAL
17:05 22.10.2013
5860

Polis bölməsindən isə heç bir məlumat verilmir.

AZXEBER.COM-un məlumatına görə, ötən gün Nizami rayonu Çobanzadə küçəsi 35 mənzil 17 ünvanında yaşayan İlham Məhərrəm oğlu Nərimanova məxsus mənzildən 1000 AZN pul və 5000 AZN dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Məsələylə bağlı zərərçəkən Nizami RPİ-nin 24-cü polis bölməsinə yazılı ərizə ilə müraciət edib.

Hadisə zamanı maraqlı olan fakt isə, oğurluqda iştirak edən şəxslərin mənzilə girərkən binanın blokunda yerləşdirilən kameraya düşməsidir. Zərərçəkən polisin işini asanlaşdırmaq üçün həmin fotoları onlara təqdim etdiyini bildirib. Məsələylə bağlı 24-cü polis bölməsində araşdırma başlanılsa da, zərərçəkən işin ləng aparılmasından narazıdır.

AZXEBER.COM olaraq sözügedən məsələ ilə bağlı Nizami RPİ-nin 24-cü polis şöbəsi ilə əlaqə saxladıq. Polis şöbəsinin növbətçi hissəsindən isə, maraqlı cavabla qarşılaşdıq. Suallarımızdan tədirgin olan polis əməkdaşı “Elə bilirsiniz ki, şəkillər varsa oğruları tez tapmaq asantdı?” cavabını verərək dəstəyi asıb.

AZXEBER.COM olaraq məsələylə bağlı yeni məlumatları diqqətinizə çatdıracağıq.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR