Bakıda faciə: Dəm qazı daha bir tələbənin canını aldı

SOSİAL
10:15 05.12.2019
2501
Bakıda daha bir tələbə dəm qazından boğulub.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə dekabrın 4-də baş verib.

Ağsu rayon sakini, 1998-ci il təvəllüdlü Dadaşov Nurlan Akif oğlu Bakıda kirayə yaşadığı evin hamam otağında dəm qazından boğulub.

N.Dadaşovun meyiti otaq yoldaşları tərəfindən aşkar edilib.

Məlumata görə, N.Dadaşov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 4-cü kurs tələbəsidir.

OXŞAR XƏBƏRLƏR

X Mostbet