Bakıda 'Gallenvagen' sürən 17 yaşlı oğlan diri-diri belə yandı – - YENİLƏNİB - VİDEO

Bakıda
Bütün Xəbərlər
16:17 28.06.2013
19275

Ötən gecə Bilgəh qəsəbəsində ağır yol qəzası baş verib. Musavat.com yazır ki, böyük sürətlə hərəkət edən 10 OH 222 dövlət nömrə nişanlı "Mercedes Gelandewagen" başqa avtomobilə çırpılaraq çevrilib və yolun kənarındakı bağ evinin divarına girib.Zərbə nəticəsində avtomobil yanıb və maşındakı gənc oğlan həlak olub. Alov söndürüldükdən bir saat sonra onun cəsədini maşından çıxarmaq mümkün olub.Sabunçu rayon 14-cü polis bölməsindən bildirilib ki, mərhum 17 yaşlıTeymur Hənifəyevdir. İlkin məlumatlara görə, o, atasıTelman Hənifəyevə məxsus avtomobilin sükanı arxasında olub.Eyni zamanda faciə şahidləri bildiriblər ki, Mercedes Gelandewagen və Mustang Chevrolet yeni dairəvi yolda böyük sürətlə gedirmiş. Gelandewagen qarşıdan gələn Jiqulu ilə toqquşub və zərbədən bir neçə dəfə çevrilib, evin divarını sındırıb.Həmçinin şahidlərin sözlərinə görə, Mustang-da olanlar Gelandewagen-də olan bir neçə sərnişini çıxarıblar və hadisə yerindən gediblər. Onların hamısı gənclər olub.

**

Xəbər verdiyimiz kimi, ötən gecə paytaxtda ölümlə nəticələnən ağır qəza baş vermişdi

AZXEBER.COM-un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, dünən axşam saatlarında Sabunçu rayonunun Bilgəh qəsəbəsində Səfərova Lalə Telman qızı “Mercedes Gallenvagen” markalı avtomobili ilə “VAZ-2104” markalı avtomobili vurub. Bundan sonra idarəetməni itirən “Mercedes” yol kənarındakı bağ evlərindən birinin hasarında çırpılıb. Divara dəyən maşın 30 metr kənara tullanıb. Hadisə nəticəsində maşında yanğın baş verib və sürücü qız maşınla birlikdə yanıb.

AZXEBER.COM portalı hadisə zamanı şahidlərin çəkdiyi videonu təqdim edir.

OXŞAR XƏBƏRLƏR