Bakıda gecə 2 dost naməlum şəxslər tərəfindən bıçaqlandı
Bütün Xəbərlər
12:15 29.06.2013
1471
Bu gecə saat 00:30 radələrində Bakının Binəqədi rayonunda 2 dost naməlum şəxslər tərəfindən bıçaqlanıb.Binəqədi rayon Polis İdarəsi 5-ci polis bölməsindən verilən məlumata görə, hadisə 8-ci mikrorayonda, “Çuda Peçka”nın yanında baş verib.Belə ki, 20 yaşlı Yadulla Səmədov və Tural Mirzəyev bıçaqlanıb. Yadulla boynundan, Tural isə döş qəfəsindən bıçaq zərbəsi alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.Yadullanın xəsarəti yüngün olduğu üçün evə buraxılsa da, Turalın vəziyyəti nisbətən ağırdı. Hazırda onun xəstəxanada müalicə olunduğu bildirilir.