Bakıda ögey ana azyaşlı qızını ölümcül döydü

Bakıda ögey ana azyaşlı qızını ölümcül döydü
Bütün Xəbərlər
10:11 06.10.2015
2445
Bakıda uşaq ölümcül döyülüb. Qız uşağı ağır vəziyyətdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.
AZXEBER.COM xəbər verir ki, hadisə bir neçə gün əvvəl olsa da, criminal.az saytına məlumat yeni daxil olub.
Bir neçə gün əvvəl Leyla Quliyeva (ad-soyad şərtidir) ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bədənində xəsarətləri olan uşağı həkimlər dərhal müayinə ediblər, yardım göstəriblər.
Həkimlər uşağın kim tərəfindən döyülməsini soruşduqda isə gözləmədikləri cavabı alıblar. Məlum olub ki, uşağı xəstəxanaya çatdıranlar onun valideynləri yox, qonşulardır. Onlar bildiriblər ki, azyaşlını ögey anası döyərək bu hala salıb. Uşağın atası isə arvadından çəkinərək uşağa sahib çıxmayıb və xəstəxanaya gətirməyib. Qonşular uşağın vəziyyətinin pis olduğunu görüb xəstəxanaya gətiriblər. Hadisə barədə polisə məlumat verilib.
OXŞAR XƏBƏRLƏR