Hələ 21-ci əsrə – internet erasına qədəm qoyduğumuz andan tam fərqli bir dünyanın yaradıcılarına çevrildik. Sözü gedən dünyada təmasın olmadığı tanışlıqlar, dostluqlar və sevgilər yarandı. Bəs bu kimlərin xeyrinə oldu? Təbii ki, ünsiyyətdə çətinlik çəkənlərin, komplekslərindən azad ola bilməyən və ən əsası hislərini hər kəsdən gizli tutmağa çalışan müəyyən qrupların xeyirinə…
Gay’lərin virtual aləmə baxışı bir başqa olur. Düşünə bilirsiniz, bir azərbaycanlı gay’in yoldan keçən yaraşıqlı bir oğlana “səndən xoşum gəlir” deməsini və bunun naməlum nəticəsini? Amma bu imkanı gay’lərin bir növ xilaskarı halına çevrilmiş sosial şəbəkələr gay’lərə verə bildi. Sizlərə azərbaycanlı gay’lərin sıx toplaşdığı sosial şəbəkələrin adını açıqlamaq istəyirəm.
Azərbaycanda əhalinin 24%-indən çoxu internet istifadəçisidir. Hazırda gay’lərin daha çox istifadə etdiyi sosial şəbəkə Facebook hesab edilir.
Bu da təsadüfi deyil. Nəzərə alsaq ki, əhalinin 12,21 %-i Facebook istifadəçisidir və bunun da 64%-i kişilərin payına düşür. Və bununla da gay’lərin Facebook’dan daha çox istifadə etdiyi öz isbatını tapır. Xatırladım ki, Azərbaycan Facebook’dan istifadəyə görə 84-cü yerdədir.
Facebook’un 2006-cı ildən dünya internet istifadəçilərinin öhdəliyinə verilməsinə baxmayaraq, Azərbaycanda kütlənin daha çox istifadə etdiyi dönəm 2009-cu ilin sonları, 2010-cu ilə təsadüf edir. OK. Bəs bu vaxta qədər bizim gay’lər hansı sosial şəbəkələrdə vaxt keçirirdi?
2001-ci ildən təsis edilən Mail ru e-poçt servisinin qolunu təşkil edən “Знакомства Mail.ru” Azərbaycan gay’lərinin tanışlıq məkanı rolunu oynamışdr. Bu təqribən 2007-2010-cu illər tarixində daha çox mütəmadi hal almışdır. Yüzlərlə, hətta deyərdim minlərlə azərbaycanlı kişilər tanışlıq üçün qeydiyyatdan keçərkən öz həmcinsləri punktunu qeyd etmişlər.
Bu məqaləni çox geniş yaza bilərəm, amma sizləri sıxmaq istəmirəm. Aşağıda Azərbaycanda gay’lərin daha çox istifadə etdiyi sosial şəbəkələrin sıralanmasını çoxdan aza sizə təqdim edirəm.
1. FACEBOOK
facebook.comQeyd edim ki, gaylərin əksər hissəsi öz adlarına olan hesabdan başqa saxta profil (fake account) də yaradırlar və populyar səhifələrə şərh yazıb, orada gənclərlə tanış olurlar.
2. WAP ÇATLARTəəssüflə deməliyəm ki, araşdırmamda 2-ci pilləni məhz çatlar tutur. Nəzərə alsaq ki, Azərbaycanda çatların vəziyyəti heç də ürəkaçan deyil, ona görə də gay’lərin daha çox çatdan istifadə etməsi üzücüdür. Bəzi çatların adını sizlərə yazmaq istəyirəm, hansılarda ki, gay’lər daha çox olur (Yardım üçün dostlara təşəkkür). wap.ehtiras.az, ehtiras.biz , ehtiras.ru , gece.az
3. ODNOKLASSNİKİodnoklassniki.ruMail.ru məhsulu olan odnoklassniki gay’lərin toplaşdığı sayca 3-cü məkandır. Burada daha çox bölgələrdən olan gənclər və 35+ kişilər üstünlük təşkil edir.
4. Знакомства Mail.ru (Mamba)love.mail.ru
Hazırda da gay’lərin toplaşdığı əsas məkanlardan hesab edilir. Amma istifadəçilər arasında daha çox 30+ kişilərin sayı çoxdur.
5. Мой Мирmy.mail.ru
7. TWITTERtwitter.com
8. VKONTAKTEvk.com
9. INSTAGRAMinstagram.com2010-cu ildən istifadəyə verilən və sonradan Facebook şirkəti tərəfindən 1 milyard dollara alınan şəkil paylaşımı proqramı 2012-ci ilin sonlarindan Azərbaycanda da istifadə edilməyə başlanıldı. Hazırda gay’lərin mühüm təbəqəsi tərəfindən ən çox istifadə edilən şəbəkədir. Başda iPhone, iPad və iPod Touch olmaqla Android 2.2’nin dəstəklədiyi telefonlar üçün istifadəsi mümkün oldüğu üçün hazırda istifadəçisi o qədər də çox deyil.Tural, AZXEBER.COM