Bakıda görünməmiş xuliqanlıq

Bakıda görünməmiş xuliqanlıq
Bütün Xəbərlər
12:56 20.10.2011
1628
Bakıda xuliqanlıq hadisəsi baş verib. Qaradağ rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Babək rayon sakini 1970-ci il təvəllüdlü Bayramov Vüqar Allahverdi oğlu şikayət ərizəsi ilə müraciət edib. O bildirib ki, saat 05 radələrində Bakı-Ələt yolunun 58-ci kilometrliyində 4 nəfər naməlum şəxsin hücumuna məruz qalıb. Məlumata görə, 41 yaşlı V.Bayramov özünə məxsus “KamAZ” markalı yük maşını ilə həmin yerdəki kafeyə gəlib. Burada isə hələlik məlum olmayan səbəblərdən sürücü ilə kafedəki 4 nəfər arasında dava düşüb. Sürücü qaçaraq maşına minib. Lakin həmin şəxslər daş parçaları ilə maşının bütün şüşələrini sındırıblar, həmçinin V.Bayramovun sifət və digər nahiyələrinə xəsarətlər yetiriblər. Dava-dalaşın hansı səbəbdən baş verməsi araşdırılır.
OXŞAR XƏBƏRLƏR