Bakıda havanın temperaturu 35 dərəcəyə qədər artacaq

Bakıda havanın temperaturu 35 dərəcəyə qədər artacaq
Bütün Xəbərlər
10:15 02.07.2013
1052

Bu gün Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir, axşam buludluğunun artacağı gözlənilir.

Bu barədə məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.

Məlumata görə, cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi əvəz olunacaq.Havanın temperaturunun gecə 20-24 dərəcə, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Qərq küləyi əsəcək, gündüz arabir güclənəcək.Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 34-39, dağlarda gecə 11-16 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq.Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında arabir güclənəcək şimal küləyinin sürətinin bir qədər artması meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

OXŞAR XƏBƏRLƏR