Dünən axşam saatlarında Bakının Binəqədi rayonu ərazisində bir qadın intihara cəhd edib.
AZXEBER.COM Fövqaladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 30 yaşlı qadın intihar etmək məqsədi ilə 12 mərtəbəli binanın blok hissəsində pilləkən meydançasına açılan pəncərəyə çıxıb. Xilasedicilər qadınla aparılan danışıqlar zamanı yaranmış əlverişli şəraitdən istifadə edərək intiharın qarşısını alıblar.