Bakıda iki sərnişin avtobusu toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, hadisə Nərimanov rayonunun F.X.Xoyski küçəsində qeydə alınıb.
Noyabrın 7-də saat 11 radələrində F.X.Xoyski küçəsində “Daewoo” markalı iki sərnişin avtobusu toqquşub.
Avtobuslardan birinin 3 sərnişini xəsarət alıb. Sərnişinlər
xəstəxanaya yerləşdiriliblər.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır. Qəzanın səbəbləri müəyyənləşdirilir.