Bakıda İran əleyhinə aksiya (VİDEO+FOTOLAR)

Bakıda İran əleyhinə aksiya (VİDEO+FOTOLAR)
Bütün Xəbərlər
16:55 31.08.2011
2185

Bu gün saat 12:00 radələrində bir qrup gənc İranın Bakıdakı səfirliyinin qarşısında aksiya keçirib. AZXEBER.COM-un məlumatına görə, aksiya iştirakçıları İçərişəhər metrostansiyasının qarşısından İranın Bakıdakı səfirliyinin binasına doğru yürüş ediblər.

Gənclər aksiyanın qətnaməsini oxuyaraq, qətnamənin sürətini səfirliyə təqdim etmək istəyiblər. Lakin səfirlikdən qətnaməni qəbul edən olmayıb və qətnamə səfirliyin poçt qutusuna atılıb.Polis aksiyanın qarşısını alıb.

Gənclərin nümayəndəsi Asim Kazımlı ANS PRESS-ə açıqlamasında bildirib ki, aksiyanın keçirilməsində məqsəd Cənubi Azərbaycanda Urmiya gölünün qurudulmasına etiraz etmək və cənubi azərbaycanlılara dəstək olmaq olub. Belə ki, İranda azərbaycanlıların yaşadığı II böyük şəhər Urmiyadır. Urmiya şəhərinə 30 km yaxınlıqda dünyanın II böyük duz gölü olan Urmiya gölü yerləşir. Son 10 ildə Urmiya gölünün 80 faizi quruyub. Göl hazırda sürətli şəkildə qurumaqda davam edir."Cənubi Azərbaycanın ən böyük gölü olan bu göl dünyanın ikinci duzlu gölü kimi YUNESCO-da təbii xəzinə kimi tanınır. Yuxarıda bildirdiyimiz kimi Urmiya gölü son illərdə aparılan məqsədyönlü siyasət nəticəsində quruma təhlükəsilə qarşı-qarşıya qalıb. Belə ki, əkinə yararlı torpaqların suvarılması üçün gölə axan təbii çayların istiqamətinin dəyişdirilməsi, çaylar üzərində xeyli sayda su bəndlərinin tikilməsi, gölün üzərindən Təbrizlə Urmiyanı birləşdirən körpünün çəkilməsi və s. nəticəsində hazırda göldə suyun səviyyəsi 7 mert aşağı düşüb. Bu göstərici isə kritik normadan 2 metr aşağıdır. Eyni zamanda Urmiya gölünün 150 hektarı artıq duz səhrasına çevrilib. Hətta mütəxəssislər də ciddi tədbirlər görülməyəcəyi təqdirdə gölün 6-7 il ərzində yer üzündən silinəcəyi barədə xəbərdarlıq edirlər. Bu da ərazinin tamamilə səhraya çevrilməsinə və müxtəlif problemlərin yaranmasına gətirib çıxaracaq”, deyə gənclərin yaydığı bəyanatda bildirilir.Bəyanatda qeyd olunur ki, "102 adası olan Urmiya gölü flaminqo və ağ pelikan kimi bir çox quşların yaylağı olmaqla bərabər, dünyanın nadir və qiymətli su canlılarından olan artemianın yaşayış məskənidir. Ekoloji qeydiyyata görə, Urmiya gölündə 546 növ bitki mövcuddur. Hazırda göldə yaşanan bu böhranlı vəziyyət artmianın, bir çox quşların sayının azalmasına səbəb olub və onların nəslinin kəsilməsi təhlükəsini artırıb. Urmiya gölünün suyunun çəkilməsi duzlaqların ortaya çıxmasına səbəb olub. Küləklər vasitəsilə ətrafa yayılan duzlar həm insanların səhhətinə ciddi mənfi təsir göstərir, həm də əkin sahələrini yararsız hala salır. Bununla da Cənubi Azərbaycandakı münbit ərazilərin ekoloji tarazlığı pozulur. Bu problemlə əlaqədar bir çox rəsmi və qeyri-rəsmi müraciətlərə baxmayaraq, İran rejimi gölün məqsədyönlü sürətdə qurudulmasında israrlı görünür".Qeyd edək ki, cənubi azərbaycanlılar bir neçə ildir ki, gölün qurumasına etiraz olaraq aksiyalar keçirirlər. Son günlər belə aksiyalar intensivləşib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan XİN başçısının müavini Tehrana səfər edəcək
18:48 11.08.2025
Ermənistan XİN başçısının müavini Tehrana səfər edəcək
İordaniya kralı Paşinyanla Azərbaycan-Ermənistan razılaşmalarını müzakirə edib
18:36 11.08.2025
İordaniya kralı Paşinyanla Azərbaycan-Ermənistan razılaşmalarını müzakirə edib
"Mançester Yunayted" yay transfer dönəmi bitənədək dörd futbolçunu göndərmək istəyir
18:20 11.08.2025
"Mançester Yunayted" yay transfer dönəmi bitənədək dörd futbolçunu göndərmək istəyir
İran qaçaqmal yanacaq daşıyan tankeri saxlayıb
17:51 11.08.2025
İran qaçaqmal yanacaq daşıyan tankeri saxlayıb
Növbəti iki gündə külək güclənəcək
17:42 11.08.2025
Növbəti iki gündə külək güclənəcək
Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ
17:34 11.08.2025
Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ
Makron: İrəvan və Bakı arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm
17:24 11.08.2025
Makron: İrəvan və Bakı arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edirəm
Azərbaycan və Ermənistan sülh sazişinin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edəcək
17:23 11.08.2025
Azərbaycan və Ermənistan sülh sazişinin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edəcək
Azərbaycanla Ermənistan separatizm və terrorizmin bütün təzahürlərini pisləyirlər
17:22 11.08.2025
Azərbaycanla Ermənistan separatizm və terrorizmin bütün təzahürlərini pisləyirlər
Azərbaycan və Ermənistan bir-birinə güc tətbiq etməyəcək və ya güc tətbiq etməklə hədələməyəcək
17:20 11.08.2025
Azərbaycan və Ermənistan bir-birinə güc tətbiq etməyəcək və ya güc tətbiq etməklə hədələməyəcək
Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı iştirakçı dövlətlərə müraciət ediblər
17:19 11.08.2025
Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı iştirakçı dövlətlərə müraciət ediblər
Azərbaycan və Ermənistan gələcəkdə bir-birinə qarşı ərazi iddialarını qaldırılmayacağını təsdiq ediblər
17:19 11.08.2025
Azərbaycan və Ermənistan gələcəkdə bir-birinə qarşı ərazi iddialarını qaldırılmayacağını təsdiq ediblər
Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər qurulacaq
17:18 11.08.2025
Azərbaycan və Ermənistan arasında diplomatik münasibətlər qurulacaq
Azərbaycanla Ermənistan müxtəlif sahələrdə əməkdaşlığın təsis edilməsi üçün razılaşmalar bağlaya bilər
17:18 11.08.2025
Azərbaycanla Ermənistan müxtəlif sahələrdə əməkdaşlığın təsis edilməsi üçün razılaşmalar bağlaya bilər
XİN Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin mətnini yayıb
17:17 11.08.2025
XİN Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin mətnini yayıb
Bu ərazilərdə işıq olmayacaq
17:14 11.08.2025
Bu ərazilərdə işıq olmayacaq