Bakıda əxlaqsızlıq yuvası aşkarlanıb. AZXEBER.COM-un İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin saytına istinadən verdiyi məlumata görə, idarə əməkdaşlarının fevralın 11-də həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Elnur Həsənovun işlədiyi Binəqədi rayonu ərazisindəki “İki qardaş” kafesində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyənləşdirilib.