Bakıda kafedə tanışların davası ölümlə nəticələndi
Bütün Xəbərlər
11:29 22.10.2012
785
Bakının Sabunçu rayonunda yerləşən kafedə qan tökülüb. Rayon Polis İdarəsindən verilən məlumata görə, Bakıxanov qəsəbəsi ərazisində yerləşən kafelərdən birində tanışların içki məclisində bir nəfər ölüb, biri isə ölümcül yaralanıb.Tanışlar - 22 yaşlı İsa Cəbiyev, onun həmyaşıdı Əmrah Yaqubov və Vitalik Bədəlov birlikdə yeyib-içiblər. Elə məclisin ortasında onlar arasında mübahisə düşüb. Əmrah bıçağı stolun üstündən götürərək Vitalikin ürəyinə sancıb. Sonra isə İsaya çoxsaylı zərbələr endirib. Vitalik hadisə yerində ölüb, İsa ölümcül vəziyyətdə 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib.Əmrah Yaqubov hadisəni törətdikdən sonra qaçıb.