Bakıda lift qırıldı, ölən var

Bakıda lift qırıldı, ölən var
Bütün Xəbərlər
12:45 20.06.2013
3585

Azərbaycan paytaxtında yaşayış binasında lift qırılıb.

Suraxanı rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, hadisə bu gün Hövsan qəsəbəsi 11/15, ev 10 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən 9 mərtəbəli yaşayış binasının liftini təmir edən ustalar, 1972-ci il təvəllüdlü Elçin Vələd oğlu Əliyev və 1986-cı il təvəllüdlü Aslan Ziyadxan oğlu İslamov liftin altında qalıblar. Nəticədə E. Əliyev aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Ağır yaralanan A. İslamov isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR