Bir neçə gün əvvəl metronun "Əcəmi" stansiyası yaxınlığında yerləşən mağazalardan birindən oğurluq etməkdə şübhəli bilinən şəxslərin kimliyi məlum olub.
Geyim mağazalarının birindən oğurluğa cəhd edilməsi ilə bağlı yayılan görüntülər araşdırılıb.
Polis tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən iki qadın müəyyən olunaraq saxlanılıb. Hazırda araşdırma davam etdirilir.
Xatırladaq ki, satıcı onların hərəkətini gördükdə qadınlar "çantaya uşaq qoyub, bilməmişik" cavabını veriblər.
///oxu.az











































