Bakıda maşın Əməkdar müəllimi piyada keçidində vurub öldürdü

Bakıda maşın Əməkdar müəllimi piyada keçidində vurub öldürdü
SOSİAL
21:13 23.11.2026
51
Paytaxtın Nəsimi rayonunun 4-cü mikrorayon ərazisində piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

AZXEBER.COM Axar.az-a istinadla xəbər verir ki, hadisə nəticəsində dünyasını dəyişən qadın Samir Hacıyev adına 5 nömrəli orta məktəbin ingilis dili müəllimi Gülnarə Abdullayevadır.

Onu səhər saatlarında piyada keçidinin üzərində avtomobilin vurduğu bildirilir. G.Abdullayeva xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

G.Abdullayeva Birinci Qarabağ müharibəsi şəhidinin həyat yoldaşı idi, həmçinin Əməkdar müəllim fəxri adına layiq görülmüşdü.
OXŞAR XƏBƏRLƏR