Yanğın qısa zamanda maşının yanacaq çəninə də keçib.
Bakıda ötən gecə minik maşını partlayıb.AZXEBER.COM xəbər verir ki, hadisə şahidlərinin milli.az-a verdikləri məlumata görə, gecə metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığındakı körpüdə maşın alışıb.
Daha sonra maşının yanacaq çəni partlayıb. Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsindən bildirilib ki, gecə saatlarında Ağasi Qafarova məxsus “Daewoo-Espero” markalı maşının arxa oturacağında qısaqapanmadan yanğın olub.
Yanğın qısa zamanda maşının yanacaq çəninə də keçib. Hadisə zamanı sürücü maşından çıxaraq xilas ola bilib.