Bakıda maşın təkəri partladı: 1 ölü, 2 yaralı

Bakıda maşın təkəri partladı: 1 ölü, 2 yaralı
Bütün Xəbərlər
15:30 05.01.2012
1817

Hadisə Qaradağ rayonunda baş verib

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində avtomaşının təkərinin partlaması nəticəsində 1 nəfər ölüb, 2 nəfər ağır yaralanıb. AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Qobustan qəsəbəsindəki “Təzə Yurd” adlandırılan ərazidə yaşayan Ağazər Niftəliyev özünə məxsus avtomaşının təkərini təmir edərkən təkər partlayıb. Nəticədə Ağazar Niftəliyev və ona kömək edən qonşuları Səxavət Balayev və Ramal Məmmədov ağır yaralanıblar. Qeyd edək ki, Ramal Məmmədov xəstəxanada ölüb.

OXŞAR XƏBƏRLƏR