Etiraz aksiyası polislər tərəfindən dağıdılıb
Qaradağ rayonu Müşviqabad qəsəbəsinin sakinləri Şamaxı- Abşeron yolunu bağlayıblar. Hadisə şahidlərinin verdikləri məlumata görə, yolu bağlayanların qəsəbə ərazisində məskunlaşan məcburi köçkülər olub.Sakinlərin su və kanalizasiya sistemində olan problemlərlə əlaqədar olaraq yolu bağladıqları bildirilir. Hadisə yerinə gedən Binəqədi RPŞ-nin əməkdaşları nümayiş iştirakçıklarını yoldan uzaqlaşdırıblar.Polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə qoşular arsında baş verən münaqişə zəminində baş verib.