Bakıda məktəbdə 7 şagird qoğaldan zəhərlənib - Fotolar

Bakıda məktəbdə 7 şagird qoğaldan zəhərlənib - Fotolar
SOSİAL
17:15 05.05.2026
251
Aprelin 24-ü Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 121 nömrəli orta məktəbdə qida zəhərlənməsi baş verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, həmin tarixdə qurumun "1003 - Çağrı Mərkəzi”nə zəhərlənmə ilə bağlı məlumat daxil olub.

Müraciət əsasında Agentliyin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb.

Məktəbin bufetində və təchizatçı müəssisədə yoxlamalar aparılaraq, qida nümunələri laborator müayinələrə cəlb edilib. İlkin məlumata görə, bufetdən alınan qoğalı istehlak edən 7 şagirddə qida zəhərlənməsi əlamətləri müşahidə olunub. 5 nömrəli Yoluxucu Uşaq Xəstəlikləri Xəstəxanasına yerləşdirilən şagirdlərə "dəqiqləşdirilməmiş bakterial mənşəli qida zəhərlənməsi” diaqnozu qoyulub və onlara zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Yoxlama aparılarkən məktəbin bufetinin müvafiq qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, istifadə edilən məhsulların mənşəyini təsdiq edən sənədlərin mövcud olmadığı, eləcə də saxlanma şəraitinin sanitar-gigiyenik tələblərə cavab vermədiyi müəyyən edilib. 

Eyni zamanda, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən "Ləzzət” unlu-qənnadı məmulatlarının istehsalı müəssisəsində plandankənar yoxlama aparılıb. Baxış zamanı müəssisədə ciddi sanitar-gigiyena normalarının pozulduğu aşkarlanıb.

Götürülmüş qida və yaxma nümunələrinin laborator müayinəsi nəticəsində uyğunsuzluq (e.coli, enterobakteriya və stafilokok) aşkarlanıb.

Müəyyən edilən nöqsanlar əsasında məktəbin bufetinin və təchizatçı müəssisənin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Məktəbin direktoru və sahibkarlar barəsində inzibati tədbirlər görülərək müvafiq protokollar tərtib edilib.

Faktla bağlı toplanmış materiallar müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sabirabad rayonunda müəllimlərlə görüş keçirildi
16:13 05.06.2026
Sabirabad rayonunda müəllimlərlə görüş keçirildi
Zaxarova: Moskva ilə Bakı "Natra" və "Zirkon" gəmilərinə hücumla bağlı sıx təmasdadır
16:04 05.06.2026
Zaxarova: Moskva ilə Bakı "Natra" və "Zirkon" gəmilərinə hücumla bağlı sıx təmasdadır
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
15:59 05.06.2026
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
15:57 05.06.2026
Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik etdi
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
15:33 05.06.2026
BMT Livan üçün humanitar yardımın həcminin artırılmasını tələb edir
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
15:29 05.06.2026
Bir qrup su təsərrüfatı və meliorasiya işçisi təltif edilib - SİYAHI
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
15:20 05.06.2026
Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
15:15 05.06.2026
Professor oğlanlara səsləndi: Qız öz atasından narazıdırsa, onunla evlənməyin
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
15:13 05.06.2026
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
15:12 05.06.2026
5 azərbaycanlının öldüyü gəmiyə hücum anı - VİDEO
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
15:04 05.06.2026
Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verdi
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
15:01 05.06.2026
6 saatdan az yatmaq bu xəstəliklərə səbəb olur - XƏBƏRDARLIQ
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
14:57 05.06.2026
Dava edən oğlunu ayırmağa çalışan ana öldü - FOTO
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”
14:47 05.06.2026
“Kristal”ın Nəsimidə inşa etdiyi prestijli layihə - “Royal Residence”
Qrossi: Nüvə obyektləri heç bir halda hücuma məruz qalmamalıdır
14:44 05.06.2026
Qrossi: Nüvə obyektləri heç bir halda hücuma məruz qalmamalıdır
Rəsmi Bakı: Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır
14:35 05.06.2026
Rəsmi Bakı: Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır