Bakıda məşhur klinika bağlandı

Bakıda məşhur klinika bağlandı
Bütün Xəbərlər
15:05 04.11.2014
3392
Bakıda fəaliyyət göstərən "Dobromed" klinikasının lisenziyası alınıb.
ANS PRESS-in məlumatına görə, klinikanın fəaliyyəti oradakı çatışmazlıqlarla bağlıdır.
Klinikanın iqtisadi məsələlər üzrə direktoru Solmaz Əliyevanın ANS PRESS-ə verdiyi məlumata görə, klinikanın lisenziyası müvəqqəti olaraq alınıb. Onun sözlərinə görə, bu səbəbdən klinika müvəqqəti olaraq bağlanacaq.
"Dobromed" bir neçə günlük bağlı olacaq. Müvəqqəti olaraq lisenziya dayandırılıb. Buna səbəb xəstəxananın ginekologiya şöbəsində müəyyən çatışmazlıqlar olub", - deyə Solmaz Əliyeva bildirib.
OXŞAR XƏBƏRLƏR