Bakıda məşhur universitet bağlandı - RƏSMİ

Bakıda məşhur universitet bağlandı - RƏSMİ
SOSİAL
17:50 30.07.2026
1175
Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb.

Bu barədə AZXEBER.COM-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, akkreditasiya təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və onun statusunun müəyyən edilməsini təsdiq edən prosedurdur və hər 5 ildən bir həyata keçirilir.

10 iyul 2026-cı il tarixində keçirilmiş Akkreditasiya Şurasının iclasında Bakı Qızlar Universiteti üzrə müvafiq Akkreditasiya Komissiyaları tərəfindən hazırlanmış institusional və proqram akkreditasiyası üzrə yekun qiymətləndirmə hesabatları müzakirə edilib.

Aparılmış müzakirələrin və səsvermənin nəticələrinə əsasən, ali təhsil müəssisəsinin institusional və proqram akkreditasiyası üzrə yekun nəticə "uyğun deyil" olaraq qiymətləndirilib və Bakı Qızlar Universitetinin akkreditasiya olunmuş hesab edilməməsi barədə qərar qəbul edilib.

Qərar universitetdə aparılmış qiymətləndirmə zamanı ali təhsil müəssisəsinin fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən, dövlət təhsil standartlarının, normativ hüquqi aktların və keyfiyyət təminatı tələblərinin yerinə yetirilməsində ciddi uyğunsuzluqların müəyyən edilməsi əsasında qəbul olunub.

Akkreditasiya Şurasının qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın 4.37-ci bəndi nəzərə alınaraq, Elm və Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisəsinin təhsil fəaliyyətinin icrasının dayandırılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosedurlara başlanılıb.

Bununla əlaqədar olaraq, qiymətləndirmə zamanı aşkar edilmiş uyğunsuzluqların xarakteri və miqyası, onların ali təhsil müəssisəsinin fəaliyyətinin əsas istiqamətlərinə təsiri, habelə qısa müddətdə aradan qaldırılmasının mümkünlüyünü təsdiq edən əsaslı sübutların olmadığı nəzərə alınaraq, "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, təhsil müəssisəsinə verilmiş lisenziyanın dayandırılması və ya ləğv edilməsi məsələsinə baxılması üçün lisenziya verən səlahiyyətli orqana müvafiq təqdimat göndərilib.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 30 iyul 2026-cı il tarixli 92 nömrəli Sərəncamı ilə "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Bakı Qızlar Universitetinə verilmiş 2018-ci il 11 sentyabr tarixli EL-358/2018 nömrəli lisenziyanı ləğv edib.

Göstərilənlər nəzərə alınaraq, Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın 4.37-ci bəndi nəzərə alınaraq, Bakı Qızlar Universitetində təhsil alan tələbələrin təhsilinin fasiləsizliyinin və təhsil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə ixtisaslarına uyğun köçürülməsi təmin ediləcək.

Elm və Təhsil Nazirliyi bir daha bildirir ki, akkreditasiya prosesinin əsas məqsədi ali təhsildə keyfiyyətin təmin edilməsi, tələbələrin hüquqlarının qorunması və ali təhsil müəssisələrinin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təşkil olunmasının təmin edilməsidir.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu ölkənin 30-dan çox şəhərində gənclərin etirazları başlayıb
20:13 31.10.2026
Bu ölkənin 30-dan çox şəhərində gənclərin etirazları başlayıb
Valilik: ABŞ İranın cənubunda balıqçı qayıqlarına hücum edib, iki balıqçı itkin düşüb
20:03 31.10.2026
Valilik: ABŞ İranın cənubunda balıqçı qayıqlarına hücum edib, iki balıqçı itkin düşüb
Tramp: Bu ölkədə hakimiyyət növbəti 2,5 il ərzində dəyişəcək
19:53 31.10.2026
Tramp: Bu ölkədə hakimiyyət növbəti 2,5 il ərzində dəyişəcək
Bərdədə 17 yaşlı oğlanın meyiti tapıldı
19:42 31.10.2026
Bərdədə 17 yaşlı oğlanın meyiti tapıldı
FSB Moskvada terror aktı planlaşdırılması barədə ABŞ-dan məlumat alıb
19:39 31.10.2026
FSB Moskvada terror aktı planlaşdırılması barədə ABŞ-dan məlumat alıb
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
19:28 31.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
Trampın iqamətgahında zenit-raketlər yerləşdirilib
19:23 31.10.2026
Trampın iqamətgahında zenit-raketlər yerləşdirilib
Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto
19:16 31.10.2026
Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto
“Marsol”un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
19:11 31.10.2026
“Marsol”un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
İran yeni silahlar sınaqdan keçirib
19:00 31.10.2026
İran yeni silahlar sınaqdan keçirib
Etiraz aksiyaları ilə əlaqədar 40-dan çox metro stansiyası bağlanacaq
18:53 31.10.2026
Etiraz aksiyaları ilə əlaqədar 40-dan çox metro stansiyası bağlanacaq
1711-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
18:46 31.10.2026
1711-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Seul, Vaşinqton və Tokio Şimali Koreyanın tam nüvəsizləşdirilməsini tələb edir
18:39 31.10.2026
Seul, Vaşinqton və Tokio Şimali Koreyanın tam nüvəsizləşdirilməsini tələb edir
Merkel Almaniyanın növbəti prezidentinin qadın olmasını təklif edib
18:34 31.10.2026
Merkel Almaniyanın növbəti prezidentinin qadın olmasını təklif edib
Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır
18:26 31.10.2026
Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır
Şeremetyevo hava limanı yaxınlığına PUA düşüb, yanğın olub
18:20 31.10.2026
Şeremetyevo hava limanı yaxınlığına PUA düşüb, yanğın olub