Bakıda metro işçisi arvadının başını kəsdi - ŞOK

Bakıda metro işçisi arvadının başını kəsdi - ŞOK
Bütün Xəbərlər
19:33 26.01.2015
2322

Bakıda qətl hadisəsi baş verib. 

AZXEBER.COM xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Aşiq Qərib küçəsi 69 A ünvanında yerləşən binanın qarşısında qeydə alınıb.

Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü İlham Elləz oğlu Süleymanov qısqanclıq zəminində həyat yoldaşı, 1979-cu il təvəllüdlü Məhəbbət Nəriman qızı Süleymanovanın başını kəsərək qətlə yetirib.

Hadisəni törədən İ. Süleymanov Nərimanov Rayon Polis İdarəsinə gələrək təslim olub.

Polisdən qətl hadisəsi törədən şəxsin Bakı Metropolitenində elektrik-mexanik işlədiyi bildirilib.

 

OXŞAR XƏBƏRLƏR