Bakıda metro stansiyasına bomba qoyulması ilə bağlı məlumat təsdiqini tapmadı - YENİLƏNİB

Bakıda metro stansiyasına bomba qoyulması ilə bağlı məlumat təsdiqini tapmadı - YENİLƏNİB
Bütün Xəbərlər
11:01 02.10.2014
1086
FHN Bakıda metro stansiyasına bomba qoyulması ilə bağlı məlumat yayıb.AZXEBER.COM-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Səbail rayonu ərazisində, Bakı metropoliteninin “ Sahil ” stansiyasında partlayıcı qurğunun olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə apardıqları axtarış işləri nəticəsində həmin ərazidə şübhəli əşya aşkar etməyiblər.

***

Bakıda “Sahil” metro stansiyasına bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub.

Məlumat daxil olandan dərhal sonra hadisə yerinə Səbayel Rayon Polis İdarəsinin əməkdaşları gəliblər.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da cəlb olunub.

Polis və FHN əməkdaşları əraziyə baxış keçiriblər. Ərazidə heç bir şübhəli əşya aşkarlanmayıb.//APA

OXŞAR XƏBƏRLƏR