Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, maşın qadını vuraraq qaçıb.
Hadisə bu gün Şəhər şossesində baş verib. Yüksək sürətlə hərəkətdə olan maşın 46 yaşlı Lidiya Qarkavayanı vurub yol kənarına atıb və gəldiyi sürətlə də yoluna davam edib. Qadın 3 saylı Klinik Xəstəxanaya çatdırılsa da, orada keçinib.
Hazırda qadını vurub qaçan maşının müəyyən edilməsi üçün polis işə keçib.












































