Bakıda motosikl maşının altında qaldı: ölənlər var - VİDEO

Bakıda motosikl maşının altında qaldı: ölənlər var - VİDEO
Bütün Xəbərlər
12:14 31.10.2012
2019
Bakının Yasamal rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Anspress-in məlumatına görə, Azərbaycan prospekti 33 ünvanında “Nissan” markalı avtomobillə motosikl toqquşub. Məlumata görə, şəxsiyyəti naməlum sürücü idarə etdiyi motosikllə yolun əks istiqamətində hərəkət edərək “Nissan”ın qarşısına çıxıb. Toqquşma nəticəsində motosiklın sürücüsü və bir sərnişin hadisə yerində keçinib.Faktla bağlı istintaq başladılıb və araşdırmalar davam edir. Ölənlərin meyitləri isə müayinə üçün məhkəmə tibbi ekspertizasına təhvil verilib.Azərbaycan prospekti Bakının iki rayonunun ərazisindən keçir. Lakin qəzanın məhz hansı rayonun ərazisində olduğunu dəqiqləşdirmək qeyri-mümkündür. Səbail Rayon Polis İdarəsinin növbətçi hissəsindən Anspress-ə bildirilib ki, hadisənin baş verdiyi yer Yasamal rayonunun ərazisində yerləşir. Yasamal Rayon Polis İdarəsinin növbətçi hissəsindən isə bu rayonun ərazisində heç bir yol qəzasının baş vermədiyini deyiblər.
OXŞAR XƏBƏRLƏR