Bakıda namus üstündə qan töküldü

Bakıda namus üstündə qan töküldü
Bütün Xəbərlər
15:12 07.09.2012
1249
Abşeron rayonunda namus üstündə qan tökülüb. Rayon Polis Şöbəsindən verilən məlumata görə, Qobu qəsəbəsində yaşayan Zaur İsmayılov bıçaqla Seymur adlı şəxsə ağır bıçaq xəsarəti yetirib.
Məlum olub ki, o, evə gəlib və ikinci mərtəbədə həyat yoldaşını Seymurla yataqda tutub. Özünü saxlaya bilməyən Zaur bıçaqla Seymura 6 zərbə vurub. Hazırda yaralı 1 saylı şəhər Xəstəxanasındadır, vəziyyəti ağırdır.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR