Bakıda nazirlik işçiləri avtomobildə yanaraq öldülər

Bakıda nazirlik işçiləri avtomobildə yanaraq öldülər
Bütün Xəbərlər
11:26 16.11.2011
1647

Ölən şəxslərdən biri Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin şöbə müdiridir

Noyabrın 16-na keçən gecə Bakıda dəhşətli yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə məxsus 90 AR 902 dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” Bakı-Astara yolunun 46-cı kilometrliyində dəmir maneəyə çırpılıb. Daha sonra maşın alışaraq yanmağa başlayıb və içəridə yaralı halda olan 2 nəfər nazirlik işçisi yanaraq ölüb. Yanaraq ölən şəxslərdən biri nazirliyin şöbə müdiri, 1969-cu il təvəllüdlü Camalov Elxan İdris oğlu olub. Digər şəxsin kimliyi isə hələlik bəlli deyil. Qəza ilə əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaların pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam edir. lent.az

OXŞAR XƏBƏRLƏR