Bakıda nəqliyyatlarda kartlar pulsuz veriləcək

Bakıda nəqliyyatlarda kartlar pulsuz veriləcək
Bütün Xəbərlər
14:00 20.02.2013
1009
Bakıda ictimai nəqliyyatda vahid ödəniş sisteminin tətbiqi üçün avadanlıqların quraşdırılmasına mayda başlanacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin texniki mütəxəssis İbrahim Əliyev ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.“Bu istiqamətdə işlər aparılır. Ödəniş kartlarını şəhərin marketlərindən almaq mümkündür. İlkin mərhələdə yüklənə biləcək 1-3 milyon ədəd kart buraxılacaq”, - İ.Əliyev bildirib.Onun sözlərinə görə, kartdakı balansı öyrənmək üçün bu gün avtobus dayanacaqlarında quraşdırılan interaktiv lövhələrdən yararlanmaq olar.Balansın yüklənməsi şəhərin müxtəlif yerlərində yerləşən banklar, köşklər və mobil terminallar vasitəsilə mümkün olacaq. Kartlar pulsuz veriləcək.
OXŞAR XƏBƏRLƏR