Bakıda orta məktəbdə bomba həyəcanı yaşanıb. Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, polisə Binəqədi rayonu ərazisində yerləşən 102 saylı orta məktəbə partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olub. Daxil olan məlumat əsasında Fövqəladə Hallar Nazirliyi məlumatlandırılıb. Hadisə yerinə dərhal polis və FHN əməkdaşları cəlb edilib. Xilasedicilər vətəndaşları təhlükəli hesab edilən ərazidən uzaqlaşdırıblar. Sonra Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri digər aidiyyəti qurumların əməkdaşları ilə birlikdə məktəbdə (sinif otaqlarında, xidməti otaqlarda, zalda, dəhlizlərdə, zirzəmidə, çardaqda, elektrik və yanğın əleyhinə lövhələrdə, pilləkən qəfəslərində və s.) axtarış işləri aparıblar. Axtarışlar nəticəsində məktəbdə və yaxınlığında partlayıcı qurğu və şübhəli əşya aşkar edilməyib.