Bakıda orta məktəbdə dava: xəsarət alan var

Bakıda orta məktəbdə dava: xəsarət alan var
Bütün Xəbərlər
11:59 13.10.2014
2145
Bakıda orta məktəb şagirdləri arasında dava düşüb.Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Müşfiqabad qəsəbəsində yerləşən 274 saylı orta məktəbdə qeydə alınıb.

Həmin məktəbin 11-ci sinif şagirdi, 1996-cı il təvəllüdlü Babək Vəlican oğlu Cəbrayılov dərs zamanı həmin məktəbin şagirdi tərəfindən döyülüb.

B. Cəbrayılov bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR