Bakıda orta məktəb şagirdləri arasında dava düşüb.Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Müşfiqabad qəsəbəsində yerləşən 274 saylı orta məktəbdə qeydə alınıb.
Həmin məktəbin 11-ci sinif şagirdi, 1996-cı il təvəllüdlü Babək Vəlican oğlu Cəbrayılov dərs zamanı həmin məktəbin şagirdi tərəfindən döyülüb.
B. Cəbrayılov bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.