Bakıda oteldə dəhşətli hadisə: 21 yaşlı qız özünü 20-ci mərtəbədən atdı

Bakıda oteldə dəhşətli hadisə: 21 yaşlı qız özünü 20-ci mərtəbədən atdı
Bütün Xəbərlər
09:40 04.10.2012
4320

Bakıda gənc qız özünü otel pəncərəsindən atıb.

Gecə Bakının Səbail rayonu Fikrət Əmirov kuçəsi 4 ünvanında yerləşən “Landmart” otelində intihar hadisəsi baş verib. Hadisə zamanı obyektin 20-ci mərtəbəsində yerləşən restoranda yeyib-içən 21 yaşlı Əliyeva Vəfa Mobil qızı sonradan həyatına qəsd edib. Vəfa Əliyeva özünü 20-ci mərtəbədəki restoranın pəncərəsindən ataraq həyatına son qoyub. Hadisədən sonra əraziyə Səbail Rayon Polis İdarəsi və prokurorluğunu əməkdaşlırı cəlb edilib. Meyid ilkin olaraq xarici müayinədən keçirilib.Daha sonra isə Vəfa Əliyevanını meyiti ərtaflı müayinədən keçirilməsi və onun ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Səbail rayon şöbəsinə aparılıb.Restoranın işçilərinin sözlərinə görə, Vəfa Əliyeva dünən saat təxminən 17.00 radələrində obyektə müştəri kimi daxil olub. Hadisə şahidləri iddia edirlər ki, mərhum xanım orada bir qədər spirtli içki qəbul edib və hesabı da vaxtında ödəyib. Bir saniyə içində restoran işçilərini gözlərindən yayınan Vəfa Əliyeva oturduğu masadan qalxaraq pəncərəyə yaxınlaşıb və özünü aşağı tullayıb.Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) madədsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmalarından sonra Vəfa Əliyevanın nəyə görə həyatına qəsd etməsinin səbəblərinə aydınlıq gətiriləcək. /// anspress

OXŞAR XƏBƏRLƏR