Bakının Nizami rayonu Bəhruz Nuriyev küçəsi 37 ünvanında vətəndaş Elman Məmmədova msəxsus məişət əşyalarının yığıldığı saxlanc yerindən oğurluq edilib. Zərərçəkən bu barədə şikayət ərizəsi ilə Nizami rayon polis idarəsinin 24-cü polis bölməsinə müraciət edib. Keçirilən əməliyyat nəticəsində cinayətdə şübhəli bilinən 3 nəfər Ağabala Yusifov, Allahverdi Salmanov və Bəhruz Hüseynov saxlanılaraq istintaqa cəlb edilib. Onlar ifadələri zamanı törətdikləri cinayəti etiraf ediblər.Qeyd edək ki, saxlanılan şəxslər 8-ci kilometr bazarında yük daşımaqla məşğul olurmuşlar. Zərərçəkənin saxlanc yerindən oğurluq edən zaman isə əsas vəzifəni Bəhruz Hüseynov yerinə yetirib. Yəni, hadisə zamanı anbarın qıfılını qırıb içəri məhz Bəhruz daxil olub.