Bakıda partlayış: Xəsarət alanlar var

Bakıda partlayış: Xəsarət alanlar var
Bütün Xəbərlər
12:56 07.12.2012
997
Bakıda evdə baş verən partlayışda bir nəfər xəsarət alıb. Bu barədə AZXEBER.COM-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər. Məlumata görə, Bakı şəhəri, Xətai rayonunda ikimərtəbəli qamışdan ibarət yaşayış binasının 2-ci mərtəbəsində güclü partlayış baş verib. Hadisə nəticəsində mənzil 12-də yaşayan vətəndaşa məxsus ümumi sahəsi 68 kv.m olan 3 otaqlı mənzilin mətbəxinin əsas divarları və 3 otağının tavanı, 1-ci mərtəbədə isə mənzil 10-da yaşayan digər vətəndaşa məxsus ümumi sahəsi 68 kv.m olan 3 otaqlı mənzilin 2 otağının əsas divarları dağılıb. Partlayış zamanı mənzil 12-də yaşayan Hüseynova Pərvanə Alı qızı müxtəlif dərəcəli yanıq xəsarəti ilə Yanıq Mərkəzinə yerləşdirilib və ona orada tibbi yardım göstərilib.
OXŞAR XƏBƏRLƏR