Bakıda poliklinikanın şüşəsinin sındırılması ilə bağlı cinayət işi başlanıldı

Bakıda poliklinikanın şüşəsinin sındırılması ilə bağlı cinayət işi başlanıldı
SOSİAL
11:44 02.09.2021
375
Koronavirus pandemiyasının yayılmasının qarşının alınması məqsədi ilə həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salan, ictimai rəyi çaşdırmağa yönələn halların qarşısının alınması istiqamətində prokurorluq orqanları tərəfindən digər dövlət qurumları ilə birgə fəaliyyət davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, avqustun 31-də saat 18 radələrində paytaxtın Xətai rayonunda yerləşən 7 saylı Şəhər poliklinikasının qarşısında vaksinasiya növbəsində bir qrup şəxsin ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətlərinə yol verməsi ilə bağlı Səhiyyə Nazirliyinin müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Müəyyən edilmişdir ki, Ağayev Ceyhun Tofiq oğlu vaksinasiya növbəsini gözləyərkən internet şəbəkəsinin zəif olması səbəbindən ona köməklik göstərilməməsini bəhanə edib poliklinikanın qapısının şüşəsini sındıraraq həyat yoldaşı Ağayeva Rəna Qəhrəman qızı ilə birlikdə içəri daxil olub orada işləyən tibb personalının ünvanına nalayiq ifadələr işlətmiş və Terapiya şöbəsinin müdiri Afət Əzimova, sahə həkimi Aynur Məmmədova və həkim Günel Nuriyevaya qarşı zor tətbiq etməklə onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

Fakta görə Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması rayon Polis İdarəsinin İstintaq şöbəsinə tapşırılıb.

İş üzrə müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilməklə təqsirli şəxslərin əməllərinə hüquqi qiymətin verilməsi təmin ediləcəkdir.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
13:56 11.06.2026
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
13:46 11.06.2026
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
13:44 11.06.2026
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
13:34 11.06.2026
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
13:30 11.06.2026
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
13:28 11.06.2026
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
13:21 11.06.2026
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
13:20 11.06.2026
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
13:18 11.06.2026
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
13:13 11.06.2026
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
13:01 11.06.2026
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
12:38 11.06.2026
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
12:35 11.06.2026
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
12:34 11.06.2026
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
12:28 11.06.2026
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
5 gün yağış yağacaq - Xəbərdarlıq
12:25 11.06.2026
5 gün yağış yağacaq - Xəbərdarlıq