Bakıda polis 10 min manat oğurlayan şəxsi tutdu

Bakıda polis 10 min manat oğurlayan şəxsi tutdu
Bütün Xəbərlər
16:33 05.09.2012
1075
Bakıda küllü miqdarda pul oğurlayan şəxs tutulub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Nərimanov RPİ 18-ci PB-nin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 3-də Akif Bayramova məxsus ofisdən 10300 manat pul oğurlamış Abşeron rayon sakini Sərxan Möhsümov tutulub.
OXŞAR XƏBƏRLƏR