Bakıda polisin təqib etdiyi şəxs canından olacaqdı - VİDEO

Bakıda polisin təqib etdiyi şəxs canından olacaqdı - VİDEO
SOSİAL
10:51 22.05.2020
960
Bakıda Post Patrul Xidməti (PPX) əməkdaşlarının təqib etdiyi şəxs motosikletin altında qalmaqdan son anda xilas olub.

Paytaxtın Nizami rayonu 28 May küçəsində baş verən hadisənin görüntüləri sosial şəbəkədə yayımlanıb. 

Təqib edilən şəxs qəfil avtomobil yoluna qaçıb və motosiklet sürücüsünün cəldliyi nəticəsində faciənin qarşısı alınıb. 

PPX əməkdaşları qısa zamanda həmin şəxsi tuta bilib. Diqqət çəkən məqamlardan biri polisin tutduğu şəxsə badalaq vurması olub. PPX əməkdaşının hansı səbəbdən həmin şəxsi təqib etdiyi məlum deyil.

Həmin görüntüləri təqdim edirik:
 
///Oxu.Az
 

OXŞAR XƏBƏRLƏR