Bakıda qadın evini qarət edən oğrunu özü tutdu

Bakıda qadın evini qarət edən oğrunu özü tutdu
Bütün Xəbərlər
12:39 21.12.2011
1809

Bakının Nizami rayonunda qadın onun evini qarət edən oğrunu tutub. Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, dekabrın 20-də Şərq küçəsində yaşayan Firəngiz Həsənovanın evindən 2500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Hadisə baş verən vaxt ev sahibi oğurluğu edən qadını görsə də, onu tuta bilməyib. Hadisədən az sonra avtobus dayanacağında evinə girən qadınla rastlaşıb. Onu tutaraq polis əməkdaşlarına xəbər verib. Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşları oğurluqda şübhəli bilinən Yevlax rayon sakini Zibeydə Xasanovanı qandallayıblar. Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR