Bakıda qadın keçmiş sevgilisini nəyə görə öldürdü? - TƏFƏRRÜAT

KRİMİNAL
11:10 18.09.2013
3965
Ötən gün Bakının Binəqədi rayonu ərazisində, Şövkət Məmmədova küçəsində öldürülən 28 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs yaxalanıb.

Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, 1985-ci il təvəllüdlü Elçin Teyyub oğlu Allahverdiyev qadın tərəfindən bıçaqlanaraq öldürüb. Saxlanılan şəxs 1979-cu il təvəllüdlü Mədinə Mürsəliyevadır. İlkin dindirilmə zamanı qadın törətdiyi cinayəti etiraf edib. Qadın 28 yaşlı gənci qısqandığı üçün öldürdüyünü deyib.

Gənci qətlə yetirən şəxs onun keçmiş sevgilisi olub. Belə ki, E.Allahverdiyevin bazar günü - 15 sentyabrda toyu olub. Ailəli qadın olan iki uşaq anası M.Mürsəliyevanın Elçinlə sevgi münasibətləri olub. Onu evləndiyinə görə qısqanan Mədinə toydan sonra aralarında olan münasibəti Elçinin həyat yoldaşına zəng edərək deyib. Elçin isə əsəbləşərək Mədinə ilə dava edib. Bunun üstündə də Mədinə bıçaqla onu öldürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb. /Milli.az/

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb