Bakıda qadın şirkət rəhbərini zəhərləyərək yarım milyon dollarını mənimsəyib

Bakıda qadın şirkət rəhbərini zəhərləyərək yarım milyon dollarını mənimsəyib
KRİMİNAL
16:00 24.11.2022
1052
Bakı Ağır Cinayətlər Məhkəməsində şirkətin 423 min dollarını mənimsəməkdə təqsirləndirilən Nelli Fabriçnayanın cinayət işi üzrə məhkəmə prosesində şahidlər dindirilib.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda ifadə verən şahid Gülçöhrə Mehdiyeva bildirib ki, işdə adı keçən şahid Mehriban Atakişiyevanın sifarişi ilə dualar yazıb:

"Uşaqlıqdan Quran dərslərini öyrənmişəm. Müxtəlif dualar yazırdım. Mehriban Atakişiyeva Nelli üçün zərərçəkmiş Əfqan Zeynalovun ona daha çox bağlanması üçün dualar yazdırdı. Buna görə, 1200 manat pul almışam. Nellinin atası və qardaşı üçün də barışıq duası yazmışam. Əfqan müəllimlə telefonda danışaraq hər şeyi etiraf etmişəm".

Daha sonra şahid qismində ifadə verən, şahid Mehriban Atakişiyevanın oğlu Vüqar Əliyev bildirib ki, 29 min manatlıq mikroavtobusun pulunu və evin təmirinə xərclədiyi 8 min manatı ona Nelli Fabriçnaya verib: "Anam mənə dedi ki, səni işlədiyim yerdə sürücü kimi işə düzəldəcəm. Lakin bunun üçün mikroavtobus almaq lazımdır. Əlimdə bir az pul var idi, anam da köməklik etdi, 29 minə maşını aldım. Evin təmirinə isə 8 min pul xərclədik. Bu pulu da Nelli vermişdi. Ev üçün məişət avadanlıqlarını da Nellinin köməkliyi ilə almışıq. Nelli mənə bahalı telefon da aldı. Daha sonra bu pulların oğurluq olması üzə çıxanda maşını 25 minə satdım. Anam ümumilikdə 70 min manatı zərərçəkmiş Əfqan Zeynalova qaytardı".

Zərərçəkmiş şəxsin vəkili məhkəməyə mülki iddia qaldıraraq bildirib ki, təqsirləndirilən şəxsdən 706 min 646 manat tutulsun.

Məhkəmə yerində qısa müşavirədən sonra mülki iddia təmin edib.

Məhkəmə prosesi dekabrın 5-də davam edəcək.

İttihama əsasən, 2018-ci ildə N.Fabriçnaya Ə.Zeynalovun şirkətində kadrlar şöbəsinin müdiri vəzifəsində işləyib.

Ə.Zeynalovun şirkətləri dəmir yollarının tikintisi üçün "Azərbaycan Dəmir Yolları" QSC ilə müqavilələr bağlayıb. Şirkət eyni zamanda avtomobil yollarının salınması ilə məşğul olub.

Zərərçəkmiş N.Fabriçnayaya inandığından müəyyən işlər görmək üçün qadına etibarnamə verib, hətta onun evindəki seyfə pullar qoyub.

İttihamda göstərilir ki, N.Fabriçnaya seyfdən ümumilikdə 423 min dollar pulu götürərək mənimsəyib. O isə həmin pulların bir hissəsini şirkətin xadiməsi olan Mehriban Atakişiyeva adlı qadına, bir hissəsini isə özünün keçmiş sevgilisi olan Raufa verib.

Təqsirləndirilən şəxs zərərçəkmiş Ə.Zeynalovun pullarını mənimsəmək üçün onun onu zəhərləyərək öldürmək istəyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ölən qızı 11 ay əvvəl boşanıbmış
03:00 11.10.2026
Ölən qızı 11 ay əvvəl boşanıbmış
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
02:46 11.10.2026
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
02:30 11.10.2026
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
02:18 11.10.2026
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
02:06 11.10.2026
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
01:50 11.10.2026
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:36 11.10.2026
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:25 11.10.2026
''Uşaqların geyimini zərərli mübahisəyə çevirmək cəhdləri var'' - Bahar Muradova
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
00:30 11.10.2026
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
00:20 11.10.2026
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır
00:10 11.10.2026
“Azərbaycan dilində Azərbaycana qarşı informasiya müharibəsi aparılır” - Hacıbəy Heydərli yazır