Bakıda qadına qarşı soyğunçuluq etmiş əcnəbi vətəndaş tutuldu

Bakıda qadına qarşı soyğunçuluq etmiş əcnəbi vətəndaş tutuldu
Bütün Xəbərlər
12:31 15.04.2014
675
Bakıda qadına qarşı soyğunçuluq əməli törədən əcnəbi vətəndaş saxlanaraq istintaq orqanına təhvil verilib.
Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Bakı sakini Vəfa Qənbərovaya zor tətbiq edilərək içərisində sənədlər olan pul kisəsi əlindən alınıb. Yasamal Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış təbirləri nəticəsində soyğunçuluq əməlini törətmiş şəxsi tutmaq mümkün olub. Məlum olub ki, bu, Gürcüstan vətəndaşı Tarniki Modabadzedir.
Faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR