Bakıda Facebook sosial şəbəkəsində 30 yaşlı qadın şantaja məruz qalıb.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Xəzər rayonu ərazisində baş verib.
Rayon sakini 1984-cü il təvəllüdlü Vüsalə Şahbazova sosial şəbəkədə 1991-ci il təvəllüdlü Əliş Əlişovun şantaj ilə üzləşib. Şikayət əsasında Xəzər rayon Polis İdarəsi 1-ci polis bölməsi əməkdaşları tərəfindən əməliyyat keçirilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 12-də Qala qəsəbə sakini, 1984-cü il təvəllüdlü Vüsalə Şahbazovanı sosial şəbəkələrdə şantaj edəcəyini iddia etməklə 3 ədəd mobil telefon, 5000 manat və qızıl-zinət əşyalarını hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Tərtər rayon sakini 1991-ci il təvəllüdlü Əliş Əlişov tutulub.
Faktla bağlı araşdırma aparılır.