Bakıda qadının ərini necə öldürdüyü açıqlanıb

KRİMİNAL
12:05 25.09.2020
2583

2019-cu il iyulun 7-də Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində Araz Sofiyevin yaşadığı evdə çoxsaylı bıçaq zərbələri ilə qəsdən öldürülməsi faktı ilə bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə cinayət işinin istintaqı aparılıb.

Bu barədə AZXEBER.COM-a Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, istintaqla Rəna Sofiyevanın əri Araz Sofiyevə psixotrop maddəni naməlum üsulla qəbul etdirməklə onu halsız vəziyyətə gətirib, özünü müdafiə etmək qabiliyyətinin olmamasına əmin olduqdan sonra istintaqa məlum olmayan şəxslə (və ya şəxslərlə) birlikdə kəsici-deşici alətlərlə yatdığı üçün aşkar surətdə köməksiz vəziyyətdə olan ərinə qarşı müstəsna dərəcə də amansızlıq və qəddarlıq nümayiş etdirərək qeyd olunan alətlərlə, eləcə də bərk küt əşya ilə çoxsaylı zərbələr vurmaqla öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Rəna Sofiyeva Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həmçinin, Rəna Sofiyeva ilə qabaqcadan əlbir olan şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi məqsədilə həmin cinayət işinin materiallarından Cinayət Məcəlləsinin eyni maddələri ilə cinayət işi ayrıca icraata ayrılmaqla iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Rəna Sofiyevanın təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

09:27 28.10.2020

Azərbaycan və Türkiyənin XİN başçıları arasında telefon danışığı olub

09:16 28.10.2020

Düşmən ordusu döyüşməkdən imtina edir

09:13 28.10.2020

Düşmənin ön xətdəki bölmələrində ərzaq, silah və sursatla təminatında problemlər yaranıb - RƏSMİ

08:55 28.10.2020

"Ermənilər döyüşlərə 2 000 nəfər əvəzinə cəmi 300 nəfəri toplaya biliblər"

08:53 28.10.2020

Düşmənin bu texnikaları da sıradan çıxarıldı - Siyahı

08:49 28.10.2020

Düşmən Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində geri çəkilib

08:44 28.10.2020

Tərtər artilleriya atəşinə tutulub

00:15 28.10.2020

Hadrutda qalmış erməni qadın: “Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoydular” - VİDEO

00:10 28.10.2020

Mehriban Əliyeva Bərdədə həlak olanların doğmalarına başsağlığı verdi

23:35 27.10.2020

Tramp Azərbaycanla Ermənistan arasında atəşkəsin pozulmasından məyus olduğunu açıqladı

23:23 27.10.2020

Ərdoğanla Putin Qarabağı müzakirə etdilər

23:11 27.10.2020

Vuruşmağa adam tapmayan Paşinyan bütün dünya ermənilərinə çağırış etdi

22:58 27.10.2020

Bərdədə həlak olan 8 yaşlı Aysunun azyaşlı bacısı da yaralandı - FOTO

22:40 27.10.2020

Bu gün məhv edilən Arutyunyanın maşınından geriyə qalan - FOTO

22:26 27.10.2020

Türkiyə XİN-dən ermənilərin Bərdəyə hücumuna reaksiya

22:10 27.10.2020

"Ermənilər Allah qarşısında günah işlədiblər, ona görə də müharibə bitmir" - Ermənistanın sabiq baş naziri