Bakıda qanunsuz parklanma yeri yaradıb sürücülərdən pul alınır - VİDEO

Bakıda qanunsuz parklanma yeri yaradıb sürücülərdən pul alınır - VİDEO
SOSİAL
23:28 20.04.2026
943
Bakıda hələ də rəsmi olaraq parklanma yeri kimi nəzərdə tutulmayan, amma sürücülərdən ödəniş tələb edilən yerlər var.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, həmin ərazilərdə avtomobillərini park edən sürücülərdən 1 manat ödəniş tələb edilir.

Sözügedən yerlərdən birində vətəndaşlardan ödəniş alan şəxsə yaxınlaşdıq, lakin çəkiliş qrupumuzu gördükdə ərazidən uzaqlaşdı.

Daha sonra şifahi şəkildə rəhbərliyinin burada olmadığını, özünün isə açıqlama verə bilməyəcəyini dedi. Digər suallarımızı isə cavablandırmaqdan imtina etdi.

Sürücülər də paytaxtın bəzi ərazilərində parklanma yeri kimi nəzərdə tutulmayan yerlərdə onlardan ödəniş tələb edildiyini bildirdilər:

Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərdən parklanma adı ilə nağd pul tələb edilməsi tamamilə qanunsuzdur. Vətəndaşlara qanunsuz pul tələbi ilə rastlaşdıqları təqdirdə hüquq-mühafizə orqanlarına müraciət etmələri tövsiyə olunur. O da qeyd edildi ki, dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə cərimə müəyyən olunub. Fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir. "Bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 15 günədək müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslər isə 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir",-deyə Agentlikdən bildirildi.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
20:41 03.11.2026
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
İstanbulda Heydər Əliyev parkının sökülməsi ilə bağlı iddialar dezinformasiyadır - RƏSMİ
20:31 03.11.2026
İstanbulda Heydər Əliyev parkının sökülməsi ilə bağlı iddialar dezinformasiyadır - RƏSMİ
Suriyada "Hizbullah"la əlaqəli qrup neft emalı zavodunda terror aktı hazırladığına görə saxlanılıb
20:29 03.11.2026
Suriyada "Hizbullah"la əlaqəli qrup neft emalı zavodunda terror aktı hazırladığına görə saxlanılıb
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
20:20 03.11.2026
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Natiq Nağıyev vəzifəsindən azad edildi
20:16 03.11.2026
Natiq Nağıyev vəzifəsindən azad edildi
Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
20:10 03.11.2026
Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
Paşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər
20:04 03.11.2026
Paşinyan: Ermənistan 2027 və ya 2028-ci ildə Aİ-yə üzvlük üçün müraciət edə bilər
AYNA: 195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir
20:00 03.11.2026
AYNA: 195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilir
“TikTok”da xəmir yoğurarkən öldü
19:39 03.11.2026
“TikTok”da xəmir yoğurarkən öldü
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
19:34 03.11.2026
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
“Tiktok”da qadına gül atan kişi həbs edildi
19:31 03.11.2026
“Tiktok”da qadına gül atan kişi həbs edildi
Tramp İrana qarşı hərbi əməliyyatı istisna etmir
19:24 03.11.2026
Tramp İrana qarşı hərbi əməliyyatı istisna etmir
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı "arzuolunmaz şəxs" elan edildi - Siyahı
19:09 03.11.2026
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı "arzuolunmaz şəxs" elan edildi - Siyahı
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
19:09 03.11.2026
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
İsraildən uçan təyyarə Sofiya hava limanında təcili eniş edib
18:56 03.11.2026
İsraildən uçan təyyarə Sofiya hava limanında təcili eniş edib
Londondan qalxan təyyarə partlayış təhlükəsinə görə Polşada təcili eniş edib
18:42 03.11.2026
Londondan qalxan təyyarə partlayış təhlükəsinə görə Polşada təcili eniş edib