Bakıda qəbul imtahanı zamanı 17 nəfərin halı pisləşdi
Bütün Xəbərlər
15:51 20.07.2012
1590
2012-2013-cü tədris ili üçün I ixtisas qrupu üzrə ali məktəblərə qəbul zamanı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) imtahan binalarında növbə çəkən işçiləri tərəfindən 17 nəfərə tibbi yardım göstərilib. Bunu ANS-ə Stansiyanın Operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova deyib. Onun sözlərinə görə, yardım üçün müraciət edənlərin 13-ü abituriyent, 4-ü valideyn olub. Abituriyentlərdən biri gecikdiyi üçün imtahan binasına buraxılmayıb. Bakının Binəqədi rayonundakı 83 saylı orta məktəbdə imtahan verməli olan həmin abituriyentin burun qanaxması olub. Ona imtahan binasından kənarda, qalan abituriyentlərə isə imtahan binasında yardım göstərilib. Vahidova deyib ki, bu gün Bakıda imtahan 37 binada keçirilib. Binaların hər birinin qarşısında bir təcili tibbi yardım maşını növbə çəkib. Hər bir bina üçün bir həkim, bir feldşer ayrılıb. Ümumilikdə imtahan mərkəzində abituriyentlərə və onlara valideynlərinə təcili tibbi yardım göstərilməsinə 37 həkim, 37 feldşer və 37 sürücü, ümumilikdə 111 işçi cəlb edilib.